Home » Beynəlxalq, Siyasət, Ümumi » Misir prezidenti seçkilərdə iştirak etməyəcəyini dedi


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Misir prezidenti seçkilərdə iştirak etməyəcəyini dedi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Misir prezidenti Hüsni Mubarək bəyan edib ki hakimiyyətdən gedəcək, lakin prezidentlik müddəti bitəndən sonra. Onun istefası tələbylə keçirilən nümayişlərin şiddətini yumşaltmaq məqsədiylə etdiyi çıxışında c-b Mübarək deyib ki, sentyabr ayında keçiriləcək prezident seçkilərində iştrak etməyəcək.

Eyni zamanda o etirazları tənqid edərək deyib ki, bu hadisələr siyasi qüvvələr tərəfindən manipulyasiya edilir və Misirin sabitliyini təhlükə altına alır.
Prezident Mübarəkin çıxışı Qahirənin mərkəzində toplaşan 10 minlərlə etirazçı tərəfindən narazılıqla qarşılanıb.
Ötən gün ərzində Misirdə misli görünməmiş kütləvi nümayişlər silsiləsi keçirilib. Nümayişçilər prezident Mübarəkin dərhal getməsini tələb ediblər.
ABŞ prezidenti Barak Obama Televiziya ilə etdiyi çıxışında c-b Mübarəkin nitqinə cavab olaraq deyib ki, Misirdə dəyişikliklər nizamlı, dinc qaydada keçməlidir və buna indi başlanmalıdır.
O, deyib ki, c-b mübarəklə telefonla danışıb və Misir lideri dəyişikliyin labüd olduğunu etiraf edib.
Fələstin Hakimiyyəti yerli seçkilər keçiriləcəyini bildirib. Müxbirlərə görə bu addım Fələstin ərazilərində Misirdəki hadisələrə bənzər hadisələrin təkrarlanmasının qarşısının alınmasına hesablanıb.
Bundan əvvəl isə İordaniya kralı Abdulla – işsizliyə etiraz məqsədiylə nümayişlərin müqabilində – hökümətini istefaya göndərək siyasi reformaların keçirilməsi məqsədiylə yeni Baş nazir təyin edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*