Home » Sosial, Təhsil sektoru, Ümumi » Misir Mərdanov məktəb direktorlarını və təhsil şöbələrinin müdirlərini ittiham etdi

Misir Mərdanov məktəb direktorlarını və təhsil şöbələrinin müdirlərini ittiham etdi

“2012-2013-cü tədris ili üzrə ümumtəhsil müəssisələrində 3270 vakant yer müəyyənləşdirilib. Vakant yerlərin 293-ü Bakı şəhərində, 2977-i respublikanın digər rayon və şəhərlərinin payına düşüb. Peşə liseyləri üzrə isə 48 vakant yeri olub. Ümumilikdə 3270 vakant yerə 2797 nəfər işə qəbul olunub”. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələrinə həsr olunan kollegiya iclasında deyib. Nazir bildirib ki, vakant yerlərə ən çox ibtidai sinif və ingilis dili fənləri üzrə sənədlər daxil olub. Nazirin sözlərinə görə, bu tədris ili üçün 143 ibtidai sinif müəllimi işləmək üçün 3764, xarici dil müəllimi işləmək üçün isə 247 vakant yerə 2731 nəfər sənəd verib. M.Mərdanov qeyd edib ki, ən çox müəllimə ehtiyac isə fiziki tərbiyə üzrə olub. Təhsil naziri çıxışı zamanı bəzi rayonlardakı orta məktəb direktorları və rayon təhsil şöbələrinin müdirlərini vakant iş yerlərini gizlətməkdə günahlandırıb: “Çox təəssüf ki, müəllimlərin işə qəbulu ilə bağlı yerlərdən aldığımız məlumatlar həqiqətləri əks etdirmir. Bəzi məktəb direktorları və rayon təhsil şöbələri hələ də gizli vakant yerlər saxlamaqla məşğuldurlar”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*