Home » İdman, Ümumi » Miroslav Klose :Azərbaycanla oynamaq İngiltərə ilə oyundan çətin olacaq

Miroslav Klose :Azərbaycanla oynamaq İngiltərə ilə oyundan çətin olacaq

2012-ci il Avropa futbol çempionatının seçmə matçından əvvəl Almaniya millisinin düşərgəsindən Azərbaycanla matçda ehtiyatlı olmağın əhəmiyyəti barədə mülahizələr səslənməkdədir.

Kölndə keçiriləcək oyundan əvvəl alman millisinin baş məşqçisi Yoahim Lou deyib ki, oyunçular üç xalın necə vacib olduğunu anlayır və buna görə də matça ciddi hazırlaşırlar. Baş məşqçi deyir ki, Argentina və İspaniya kimi ölkələrlə oyunların asan cəhəti odur ki, futbolçulara əlavə stimullaşdırma gərək olmur.”Əlbəttə, əgər biz üç xal qazanmasaq, bu böyük biabırçılıq olacaq. Amma əminəm ki, qalib gələcəyik.”
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,veteran hücumçu Miroslav Klose isə hətta deyib ki, Azərbaycanla oynamaq İngiltərə ilə oyundan çətin olacaq.
“Motivasiya baxımından Azərbaycanla yarışmaq daha çətindir. Onlar bu oyuna hazır gələcəklər, çünki hamı istəyir ki adlı-sanlı komandanı üstələsin.”
“Azərbaycanlılar tam diqqəti cəmləşdirib oynayacaqlar. Almaniya ilə oynamaq onlar üçün əlamətdar bir hadisədir.”
“Azərbaycan komandası çox atletikdir. Onların bizə ziyan vurmaq üçün potensialları var.
Əvvəlki oyunlarda da onlarla çətinliklərimiz olub, amma əsas məqsəd 3 xaldır.”Dünya Kubokunun seçmə matçlarında Almaniya Azərbaycana 4-0 və 2-0 hesabıyla qalib gəlmişdi. Lakin Lou xəbərdarlıq edib ki, alman məşqçi Berti Foqtsun rəhbərlik etdiyi komanda ilə zarafat etmək olmaz.
“Belə oyunlar həmişə çətin olur, çünki bu komandalar bilir ki, itiriləsi heç nələri yoxdur.”Maykl Ballak hələ də tam formaya qayıtmayıb və alman millisinə Filip Lam kapitanlıq edəcək. Müdafiənin mərkəzində Per Mertesaker və Holqer Badstuberin oynayacaqları gözlənilir.
Azərbaycan müdafiəçilərini isə daha çox Mesut Özil, Lukas Podolski, Miroaslav Klose və Tomas Müller narahat edəcəklər.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*