Home » Maraqlı, Texno, Ümumi » Minlərlə Facebook parolu deşifrə olunaraq satışa çıxarıldı

Minlərlə Facebook parolu deşifrə olunaraq satışa çıxarıldı

Bu məlumatların satışa çıxarılması informasiya texnologiya cinayətlərinin Rusiyadan yayılması məsələsini bir daha diqqət mərkəzinə gətirib. AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, kompüter hakeri bir milyondan artıq Facebook istifadəçisinin şəxsi məlumatlarını, o cümlədən parolunu satışa çıxarıb. Bu məlumatlar Rusiyadakı bir İnternet saytında satışa qoyulub. Hər min nəfərə məxsus məlumat 45 dollara satılıb. Bu məlumatlardan cinayət məqsədilə istifadə oluna biləcəyinə dair narahatlıqlar var. BBC-nin Avropa bölməsindən Sean Fanning xəbər verir:Amerikanın informasiya texologiyaları təhlükəsizliyi şirkəti iDefence deyir ki, Facebookdakı şəxsi detallların Rusiyanın internet saytında satışı bir neçə ay davam edib. Özünü Kirillos adlandıran şəxs satışı reklam edib. Deyilənlərə görə, məlumatlarda 1 milyon yarım istifadəçinin parolu və login detalları varmış. Facebook bu barədə şərh verməyib. Təhlükəsizlik ekpsertləri deyir ki, Facebook-un özünün hak olunub-olunmadığı məlum deyil. Təhqiqatçılar məlumatın Facebook-dan yox, minlərlə şəxsi kompüterdən götürülməsi nəzəriyyəsini araşdırırlar. Bu məlumatların satışa çıxarılması informasiya texnologiya cinayətlərinin Rusiyadan yayılması məsələsini bir daha diqqət mərkəzinə gətirib. Ölkənin təhsil sistemi güclü kompüter ekspertləri yetişdirməyə qadirdir. Bir çoxları Rusiyada legitim karyera yolu seçir və yaxud Qərbdə daha gəlirli işlərə baş vurur, amma kompüter cinayətlərinə qoşulmaq qərarına gələnlər də yaxşı pul qazanır. Ekspertlər deyir ki, biznesmenlərin və yaxud hökumətə yaxın təşkilatların işə götürdüyü hakerlər Rusiyada bir problemdir. Narahatlıq bundadır ki, Facebook-dan götürülmüş real məlumatlar şəxsiyyətin, kredit kartların oğurlanması və yaxud milyonlarla spam elektron məktubların göndərilməsi məqsədilə istifadə oluna bilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*