Home » Şou biznes və Mədəniyyət, Ümumi » Milli Kitab Mükafatı ekspertlərinin adları açıqlandı

Milli Kitab Mükafatı ekspertlərinin adları açıqlandı

İlk dəfə olaraq Milli Kitab Mükafatının (MKM) Ekspertlər Şurası toplantı keçirib. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, toplantıda məqsəd əsərlərin dəyərləndirilmə mexanizminin müzakirəsi və iş prinsiplərinin qəbul edilməsi olub.

“Ekspertlərin adlarının açıqlanması fəaliyətimizdə şəffaflıq prinsipinə əməl etməyimizdir. Keçən il ekspertlərin adlarını gizli saxlamışdıq, hesab edirdik ki, onlar kənar təzyiqlərə məruz qala bilərlər. İndi isə prosesin aşkarlıq şəraitində aparılması MKM-in nüfuzunu daha da artıracaq. Bunun üçün də ekspertlərlə birgə qərara gəldik ki, onların adları ictimaiyyətə açıqlansın”, – deyə o bildirib.
Ekspertlər Şurası 6 nəfərdən ibarətdir. Tənqidçi, filoloq Elnarə Tofiqqızı, şair, tərcüməçi Mahir Qarayev, tənqidçi f.e.d. Tehran Əlişanoğlu, yazıçı, tərcüməçi Yaşar, köşə yazarı Qan Tural və yazar Zahir Əzəmət.
N. Köçərlinin sözlərinə görə, bu il münsif üzvləri də səslərini açıq formada bildirəcəklər.
Qeyd edək ki, müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunur. I yerin sahibi üç min, II yer iki min, III yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Əsərlərin qəbulu yanvarın 10-dək davam edir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*