Home » Ədəbiyyat, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Məşhur azərbaycanlı yazar səfir oldu

Məşhur azərbaycanlı yazar səfir oldu

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Chingiz_Abdullayev

Azərbaycanın dünya şöhrətli detektiv yazarı Çingiz Abdullayev İnterpolun fəxri səfiri seçilib. AgahMedia.Com informasiya portalının “ANS Press”ə istinadən məlumatına görə, bu barədə məktub Monakodan Azərbaycan daxili işlər naziri adına gəlib. Məktub İnterpolun rəhbəri adından daxil olub.

Qeyd edək ki, Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, Çingiz Abdullayev 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Hüquq elmləri doktoru olan yazıçı 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. Onun 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Çingiz Abdullayev 193 adda kitabın müəllifidir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*