AgahMedia.Com

Agah olmaq və agah etmək bizim işimizdir…

İlk Səhifə  Haqqımızda   Valyuta kursu   Sosial

Biznes sfera və iqtisadiyyat   Webkataloq   Bizimlə əlaqə

 Dashinnmaz emlaklarin alqi-satqi elanlari kategorisinde Bakı Absheron ve diger erazilerde satiliq kupcali evler torpaqlar ve obyektler
Azərbaycan Mərkəzi Bankından dollarla bağlı yeni qərar
07/01/2016 Biznes sfera və iqtisadiyyat

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Merkezi_Bank

Azərbaycanda nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə növbəti addım atılıb.

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə,Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı ləğv edib, yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib.

Bu gün qüvvəyə minən yeni Qaydaya əsasən mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bankı tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Bu Qaydaların əməliyyatların aparılması və uçotuna, məzənnənin müəyyən edilməsinə, əməliyyat gününün başa çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına da şamil edilir. Bundan əvvəl qüvvədə olan Qayda xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına şamil edilməyib.

Əgər indiyə qədər qüvvədə olmuş Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılıbsa, yeni Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.

Bundan əvvəl qüvvədə olan Qaydaya əsasən banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərdilər. Şikayətin verilməsi Milli Bankın müvafiq qərarının icrasını dayandırmırdı. Lakin bundan sonra banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından şikayət verə bilməyəcəklər. Yeni Qayadada bankların Mərkəzi Bankın bu sahədəki qərarlarından məhkəməyə şikayət vermək hüququ əksini tapmayıb.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...
Bir cevap yazın

AgahMedia.Com Independent Media Network © 2009 - 2019 ... Bütün Hüquqlar Qorunur! Yazıların mətninə görə müəlliflər, reklam materiallarının mətninə görə sifarişçilər məsuliyyət daşıyır!... Məlumatlardan istifadə zamanı AgahMedia.Com İnformasiya Portalına istinad vacibdir!...

*