Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Mərkəzi Bankdan növbəti dollar açıqlaması…

Mərkəzi Bankdan növbəti dollar açıqlaması…

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Merkezi_Bank

AgahMedia.Com informasiya portalının Mərkəzi Bankdan aldığı məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır. Bununla əlaqədar Azərbaycan Respulikası Mərkəzi Bankı bəyan edir ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunmuşdur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.

Mərkəzi Bank bildirir ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.
“Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır. Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir.”

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*