Home » Sosial, Təhsil sektoru, Ümumi » 30-a yaxın məktəbin direktoru dəyişdirildi…

30-a yaxın məktəbin direktoru dəyişdirildi…

“Yeni tədris ilində Bakıda 30-a yaxın məktəbə yeni direktor təyin olunub.”

AgahMedia.Com informasiya portalının Report.Az resursuna istinadən məlumatına görə, bu barədə məlumat verən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın sözlərinə görə, həmin məktəblərin rəhbərləri ilə ya yaş həddinə çatması səbəbindən əmək müqavilələri ləğv olunub, yaxud da fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozublar.

“Bundan sonra da məktəblərin idarə olunması məsələsi Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki böyük kollektivin fəaliyyəti məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratmasından və onu səmərəli idarə etməsindən asılıdır.”, – M.Vəliyeva əlavə edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*