Home » Beynəlxalq, Siyasət, Ümumi » Mehdi Kərrubi və Mirhüseyn Musəvi yenidən açıqlama verdilər

Mehdi Kərrubi və Mirhüseyn Musəvi yenidən açıqlama verdilər

2009-cu il iyunun 12-də İranda keçirilmiş prezident seçkisində əsas müxalif namizədlər olmuş “yaşıl hərəkat”ın rəhbərləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi internet vasitəsi ilə birgə mətbuat konfransı keçiriblər.

AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, Musəvi ötən il prezident seçkisindən sonra İran cəmiyyətində informasiya partlayışı baş verdiyini, bunun insanların siyasi şüurunun yüksəlməsinə səbəb olduğunu deyib: “Hakimiyyət dairələri ölkə konstitusiyasını tərsinə təfsir edir, xalqın ağzını bağlayır, azad mətbuatı yığışdırır, saxta seçkilər keçirir, zindanları doldurur. Sözsüz ki, söhbət bir qrup mütəşəkkil şəxsin şəxsi mənafeyindən və neft gəlirindən əldə etdiyi yüz milyardlarla dollar puldan gedir. Hakimiyyəti öz əlində saxlayanlar elə güman edirlər ki, özəl məxluqlardır, Allahın onlara xüsusi diqqət və nəzəri var. Elə buna görə də fikirləşirlər ki, nə desələr, elə də olmalıdır. Onlar cəmiyyətin şüuruna və kollektivin əql və fikrinə zərrə qədər əhəmiyyət vermirlər.Ölkənin hazırda üz-üzə qaldığı problemlərin dərin kökü olsa da, çoxu bu saxta seçki ilə əlaqədardır. Əhalinin 64 faiz səsini qazandıqlarını iddia edənlər əməldə göstərdilər ki, belə deyil. Çünki vətəndaşların bu qədər səsini qazanan şəxs xalqın bir yerə toplanmasından, aksiya keçirməsindən qorxmamalıdır. Hakimiyyət ölkənin bütün problemlərinin siyasi yollarla həllinə mane olduğu üçün hər sahədə təhlükəsizlik tədbirlərinə əl atıb. Məhz buna görə də bu gün internet və digər ictimai şəbəkələrin azad informasiyanın mübadiləsindəki rolu böyükdür. Xalqımızın mənafeyini təmsil etmək, onu maarifləndirmək və İrandakı “yaşıl hərəkat”ın səsini dünyaya çatdırmaq üçün ölkə xaricində bir sıra radio və televiziya kanallarının işə salınması üçün iş gedir. Mən xarici ölkələrdə bu sahədə çalışan dostlarımıza üz tuturam ki, bu işi sürətləndirsinlər. Ötən ilin təcrübəsi göstərdi ki, əgər xalq müqavimət göstərib öz tələbləri uğrunda addım-addım hərəkət etsə, istədiyini əldə edəcək”.Kərrubi hakimiyyətin xalqı təhqir etdiyini, ötənilki prezident seçkisini saxtalaşdırdığını deyib: “Ötən il xalq heç gözləmədiyi halda hakimiyyətin onu təhqir etdiyini görəndən sonra etiraz üçün küçələrə axışdı. Onun ilkin və əsas şüarları “Mənim səsim hanı?” və “Mənim səsimi geri qaytarın!” idi. Cənablar da elə fikirləşdilər ki, xalqı əzməklə onları susdura, yaratdıqları problemi həll edə bilərlər. Lakin belə olmadı. Bunlar İran İslam Respublikasını təhrif etməyə çalışırlar. Bəlli məsələdir ki, bizim istədiyimiz islam respublikası bu deyildi”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*