Home » Beynəlxalq, Siyasət, Ümumi » Medvedevlə Putin arasında ziddiyyət…

Medvedevlə Putin arasında ziddiyyət…

Rusiya prezidenti Dmitri Medvedev Moskvadan Sankt- Peterburqa çəkilməli olan surətli maşın yolunun inşasını dayandırıb. Bu trass Moskva yaxınlığındakı Ximki meşəsindən keçməliydi. Prezidentin qərarı ictimayyətin etirazlarından sonra verilib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, ekspertlərə bildirir ki, bu qərar prezidentlə baş nazir Vladimir Putinin arasında ziddiyyət yarada bilər, beləki, yolun çəkilməsi sərəncamını hökumət başçısı imzalayıb. Prezident Dmitriy Medvedev hökumətin Ximki meşəsindən keçməli yolun tikilişiylə bağlı Rusiya hökumətinin qərarını təxirə salıb. Bildirilir ki, işlə bağlı yeni ictimai və ekspert dinləmələri keçiriləcək. Ximki meşəsindən yolun çəkilməsi böyük ictimai rezonans doğurub. Bir sıra ictimai xadimlər, təbiət mühafizəçiləri meşənin qırılmasıyla bağlı etiraz ediblər. Etirazlara habelə adi insanlar qoşulublar, işlə bağlı hətta Moskvada böyük mitinq keçirilib. Maraqlıdır ki, məsələyə diqqət yönəltmək üçün Moskvada qastrolda olan məhşur U2 qrupunun lideri Bonoya da məktub göndərilib. Düzdür, Bono açıq bildirib ki, onun prezident Medvedevlə görüşü zamanı Ximki meşəsi mövzusu qaldırılmayıb, beləki, məktub ona ancaq görüşdən sonra çatıb. Əgər Bononun müvafiq müraciəti prezidentə çatdırmaq imkanı olmayıbsa, bunu hakim “Vahid Rusiya” partiyasının nümayəndələri ediblər. Prezident öz video-bloqunda bu məqamı xatırladıb. Mətbuat Rusiyanın siyasi elitasında mümkün parçalanmadan yazır. Beləki, Ximki meşəsindən çəkilməli yol haqda sərəncamı Vladimir Putin şəxsən imzalayıb. Habelə indiyə kimi, hökumət sözügedən layihəni müdafiə edirdi, hökumət rəsmiləriylə Ximki meşəsinin müdafiəçilərinin mövqeləri bəzən bir birinə zidd idi. İndi isə, rəylərə görə, prezident hökuməti yox, meşə müdafiəçilərini dəstəkləyir, özüdə hökumətin buraxdığı sərəncam dayandırılır. Düzdür, bəzilərinə görə, ziddiyyətlər şişirdilməməlidir. “Vahid Rusiya” partiyasına elə Vladimir Putinin özü başçılıq edir və partiya prinsipial məsələləri heç şübhəsiz öz lideriylə uzlaşdırır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*