Home » Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Maykl Ceksonun şərəfinə Bakıda Flashmob keçiriləcək

Maykl Ceksonun şərəfinə Bakıda Flashmob keçiriləcək

Avqust ayının 29-u pop kralı Maykl Ceksonun ad günü şərəfinə Bakıda FLASHMOB Azerbaijan [OFFICIAL] qrupu “Michael Jackson Tribute Flashmob”u təqdim edəcək.

AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, bu barədə Flashmob Azerbaijan [OFFICIAL]-dan məlumat verilib.Məlumata görə, Maykl Ceksonun şəxsiyyətinə və yaradıcılığına biganə olmayan, onu qəlbində yaşadan və rəqs etməyi sevən hər kəs flashmobda iştirak edə bilər. Flashmobda yaş, cins qətiyyən vacib deyil və burada hər kəs – həm professional rəqqaslar, həm də yeni başlayanlar iştirak edə bilər. Avqustun 29-u moberlər müəyyən olunan yerdən bir qədər aralıda, gizli şəkildə yığışacaq və danışılan vaxtda Maykl Ceksonun “Beat it” mahnısı çalınacaq. Musiqi ilə iştirakçılar hissə-hissə və sinxron rəqs etməyə başlayacaq. 1,5 dəqiqədən sonra musiqi bitəcək və hamı dağılışacaq.Məlumat üçün bildirək ki, flashmobun əsas məşqçisi Türkiyədə Maykl Ceksonun xatirəsinə olan fleşmobların məşqçisi Ziya Maqsuddur. Ziya Maqsud Maykl Ceksonun fanatlarından biridir və eyni zamanda AEGEE Europe-un Dance Working Group HR Responsible-dır.Qeyd edək ki, bu flashmob ilk dəfə Stokholmda keçirilib. Flashmob – bir qrup insanın hansısa ictimai ərazidə qəfildən peyda olub qısa zaman kəsimində qeyri-adi və abstrakt məzmunlu hərəkətlər etməsidir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*