Home » Beynəlxalq, Ümumi » Martın 19-da Misirdə referendum keçiriləcək

Martın 19-da Misirdə referendum keçiriləcək

Martın 19-da Misirdə konstitusiyaya düzəlişlər edilməsi üçün referendum keçiriləcək. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, bu qərarı martın 4-də Misir Silahlı Qüvvələrinin Ali Şurası bəyan edib.Misir prezidenti Hüsnü Mübarək fevralın 11-də istefa verib.

Ölkədə yanvarın sonlarından başlayan, toqquşmalarla müşayiət olunan, 385 nəfər ölməsi, 5 mindən çox insanın yaralanması ilə nəticələnən xalq hərəkatı sonda onu hakimiyyəti orduya təhvil vermək məcburiyyətində qoyub.
Misirdə konstitusiya referendumundan sonra parlament və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Misir Silahlı Qüvvələrinin Ali Şurası martın 1-də bildirib ki, parlament seçkisi iyunda, prezident seçkisi avqustda keçiriləcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*