Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, İslam, Ümumi » “Malayziya Hava Yolları” şirkəti təyyarələrdə namaz otaqlarını istifadəyə verdi

“Malayziya Hava Yolları” şirkəti təyyarələrdə namaz otaqlarını istifadəyə verdi

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, “Malayziya Hava Yolları” şirkəti sərnişinlərinə namaz qılmaq üçün ayrıca yerləri olan təyyarələrlə xidmət göstərməyə başlamışdır. Şirkətin aldığı ikimərtəbəli “Airbus A380” təyyarəsində sərnişinlərin namazlarını qılmaları üçün xüsusi yerlər ayrılmışdır. Təyyarə Malayziyanın sifarişi üzrə inşa edilmişdir. İkimərtəbəli təyyarənin içində 5 “namaz qılınacaq yer” vardır.
Təyyarə 15 saat havada qala və birbaşa 13500 km məsafəni qət edə bilir. İlin bəzi fəsillərində sərnişinlər bu müddətdə 5 vaxt namaz qıla bilərlər. Namaz qılma yerləri təyyarənin salonlarına görə müəyyənləşdirilmişdir.
Ehtiyac duyulduğu zaman heyət sərnişinlərə səccadə verir, qiblənin təyinində yardımçı olurlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*