Home » Sosial, Təhsil sektoru, Ümumi » Magistraturaya qəbul imtahanlarının nəticələri burda

Magistraturaya qəbul imtahanlarının nəticələri burda

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_TQDK_LOGO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına mayın 25-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsinin nəticələri açıqlanıb.

İmtahanın nəticələri (II mərhələ) və cavab kartlarının qrafik təsvirləri ilə bu linkdə tanış ola bilərsiniz. >>> http://eservices.tqdk.gov.az/netmag2/

Həmçinin, bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə də nəticələri öyrənmək mümkündür.

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 29-dan iyunun 1-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da mayın 29-da və 30-da Apelyasiya komissiyası fəaliyyət göstərəcəkdir. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*