Home » Sosial, Ümumi » Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Magistraturaya qəbul imtahanlarının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb.

AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, açıqlamada deyilir ki, fevralın 20-də keçirilən imtahanda iştirak üçün 16510 bakalavr qeydiyyatdan keçib, onlardan 356 nəfər imtahana gəlməyib, 19 nəfəri qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub.
Qəbul imtahanının nəticələrini açıqlayan TQDK bunları bildirir: İİM və HSM istiqamətlərinə daxil olan ixtisaslaşmaları (xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar istisna olmaqla) topladığı bal 50-dən, TM, TTM, MM, TEM və ETM istiqamətlərinə daxil olan ixtisaslaşmaları topladığı bal 45-dən, ATM istiqamətinə daxil olan ixtisaslaşmaları topladığı bal 40-dan, HSM istiqamətinə daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları topladığı bal 40-dan az olmayan bakalavrlar seçə bilərlər.
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə fevralın 23-dən 26-dək apellyasiya komissiyası baxacaq.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*