Home » Şou biznes və Mədəniyyət, Ümumi » Madonna kinonun xatirinə musiqidən əl çəkdi

Madonna kinonun xatirinə musiqidən əl çəkdi

Amerikalı pop-müğənni Madonna, Böyük Britaniyanın kralı Eduard VIII və amerikalı Uollis Simpsonun romanı haqqında çəkildiyi yeni ”W.E.” filminə görə, müvəqqəti olaraq musiqi karyerasını dayandırmalı olub.

 AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Interview” jurnalında rejissor Qas Van Sentlə söhbət edərkən müğənni bildirib ki, hal-hazırda o heç bir səsyazma studiyaları ilə müqavilə bağlamayıb və yeni kompozisiyaları üzərində çalışmağı düşünmür. Madonna deyib ki: “Mənim bütün vaxtımı film alıb və mənim hər hansı bir işə gücüm qalmayıb.”Pop-hitlərin ifaçısı etiraf edib ki, onu hətta bu yaxınlarda çıxan DVD- toplusunun, hansında ki “Sticky & Sweet Tour” adlı sonuncu qastrol turnesinin çıxışları zamanı səslənən musiqilərdən tərtib olunan albomun taleyi belə maraqlandırmır.Madonna qeyd edib ki: “Mən çox gözəl başa düşürəm ki, bu musiqi kolleksiyas; üzərində bir neçə insan çalışıb, amma mənim bu DVD-nin reklamı ilə məşğul olmağa vaxtım yoxdur. Başa düşə bilmirəm ki, adamlar bu videorelizdən və ümumiyyətlə onun satışından necə xəbər tutublar.“Amerika hit-paradın ən yaxşı musiqili videorelizlərinə başçılıq etməyə nail olan DVD 2010-cu ilin mart ayında buraxılıb.Van Sentlə söhbətində müğənni onu da vurğulayıb ki, “W.E” filmində hələ neçə il bundan öncə çəkmək fikrində idi. Lakin rejissor təcrübəm olmadığına görə, layihədən yapışmağa ürək eləmədim.” Madonna film istehsalı proseslərini öyrənib mənimsəmək məqsədi ilə şou-biznes haqqında “Çirkab və müdriklik” adlı filmini çəkib. Filmin premyerası 2008-ci ildə olub. Film tənqidçilər tərəfindən kifayət qədər soyuq qarşılanıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*