Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Ümumi » Mərkəzi Bank məşhur pul köçürmə sisteminə qadağa qoydu

Mərkəzi Bank məşhur pul köçürmə sisteminə qadağa qoydu

AgahMedia.Com informasiya portalının Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinə istinadən məlumatına görə, Mərkəzi Bank tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pul köçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycan Respublikasının işğal altında olan ərazilərində “Bıstraya poçta” (Быстрая почта) sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Bank 2012-ci il 10 dekabr tarixindən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara bu sistemlə işgüzar münasibətlərin dayandırılmasını tapşırmışdır.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən əvvəllər də müəyyən olunmuş belə halların aradan qaldırılması istiqamətində pul köçürmə sistemlərinə və onların nəzarət orqanlarına xəbərdarlıq edilərək, işğal altında olan ərazilərdə pul köçürmələrinin həyata keçirilməsinin dayandırılması tələb edilmiş, əks təqdirdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara həmin pul köçürmə sistemləri ilə əməkdaşlığın qadağan ediləcəyi bildirilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması üzrə ardıcıl tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*