Home » Siyasət, Ümumi » Məzahir Pənahov: Namizədlərin öz seçiciləri ilə görüşləri üçün ünvanlar müəyyənləşdirilib

Məzahir Pənahov: Namizədlərin öz seçiciləri ilə görüşləri üçün ünvanlar müəyyənləşdirilib

“Parlament seçkilərində bütün namizədlərə təşviqat aparmaq üçün lazımi şərait yaradılacaq”. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov belə bir açıqlama ilə çıxış edib. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, MSK sədri bildirib ki, namizədlər yalnız onlar üçün ayrılan ünvanlarda təşviqat aparmalıdır: “Hər bir dairənin ərazisində namizədlərin öz seçiciləri ilə görüşləri üçün, həmçinin onların seçki qabağı platformalarının seçicilərin diqqətlərini cəlb etməsi üçün həm açıq havada, həm də qapalı binalarda ünvanlar müəyyənləşdirilib. Əvvəlcədən o dairələrdə ünvanlar açılacaq. Bütün namizədlər sözügedən tədbirləri ancaq o ünvanlarda həyata keçirə biləcəklər. Qalan məsələlərə bunun dəxli yoxdur”.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*