Home » Beynəlxalq, Siyasət, Ümumi » Mətbuat azadlığına görə Rusiya Qambiyanın vəziyyətinə düşüb


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Mətbuat azadlığına görə Rusiya Qambiyanın vəziyyətinə düşüb

2009-cu ildə mətbuat azadlığı dərəcəsi üzrə Rusiya dünya ölkələri sırasında Qambiyanın səviyyəsinə enərək, bu ölkə ilə 176 və 177-ci yerləri bölüşüb.

 AgahMedia.Com portalının BBC -yə istinadən məlumatına görə, bu nəticəni ABŞ-da mənzillənən Freedom House qeyri-hökümət təşkialtı özünün illik hesabatında açıqlayıb.

2008-ci ildə Rusiya 196 ölkə arasında 175-ci yeri tutmuşdu.Hesabatda deyilir ki, mətbuat azadlığı baxımından ən acınacağlı vəziyyət Belarus, Özbəkistan və Türkmənistandadır. Hesabatı tərtib edənlər Azərbaycan, Qazaxstan və Rusiyada KİV-lərin vəziyyətindən “xüsusi narahatlıq hissi” keçirdiklərini bildiriblər.
Freedom House öz hesabatında qeyd edir ki, Rusiyada “hüquq-mühafizə orqanları jurnalistləri müdafiə etməkdə acizdirlər. Jurnalistlər arasında özünü senzura etmək halları artır. Həmin jurnalistlər təqib olunmaqdan və hətta qətlə yetirilməkdən ehtiyatlanırlar”. Hesabatda qeyd olunur ki, Rusiyada KİV-lərin əksəriyyəti dövlətin nəzarəti altındadır”.Freedom House hesab edir ki, ötən il ilə müqayisədə Ukrayna, Ermənistan və Moldova da mətbuat azadlığı sahəsində vəziyyət bir qədər düzəlib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*