Home » Şou biznes və Mədəniyyət, Ümumi » Məşhur türk aktyoru Tolga Karel və azərbaycanlı model Günay Musayeva rəsmən evləndilər


Дешевые Авиабилеты Онлайн ... >>>



Məşhur türk aktyoru Tolga Karel və azərbaycanlı model Günay Musayeva rəsmən evləndilər

Tanınmış türkiyəli aktyor Tolqa Karel İzmit şəhərində azərbaycanlı manken Günay Musayeva ilə evlənib. Cütlüyün nikahını Böyükşəhər Bələdiyyə başqanı İbrahim Karaosmanoğlu kəsib. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Tolqa Bolqarıstanda keçirilən “Best Model of the World” gözəllik yarışmasında II yeri tutan Günayla ildırım nigahı ilə evlənib. İzmit şəhərində TRT kanalının çəkdiyi Osmanlı İmperatorluğundan bəhs edən serialda rol alan Tolqa, serialın çəkilişlərini izləməyə gələn Böyükşəhər Bələdiyyə başqanı İbrahim Karaosmanoğluya “Nigahımı siz kəsərsinizmi?”, – deyə soruşub.
Avqustun 29-da saat 15:00 radələrində, çəkiliş meydançasının yanındakı Seka parkındakı oteldə düzənlənən nigah mərasimində yalnız bir televiziyaya çəkiliş üçün icazə verilib. Tolqa Karel isə jurnalistlərə açıqlamasında “Aşiq olduğum qadınla evləndim. Həyatımın ən xoş günüdür” söyləyib.
Qeyd edək ki, gəlin və bəyin gündəlik paltarlarda olması diqqət çəkib.
Bundan əvvəl isə Tolqa Karel azərbaycanlı gözəllə 3 gün 3 gecə toy çaldıracağını bildirmişdi.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*