Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Bölgələr, Ümumi » Məşhur “Forbes” dərgisi azərbaycanlı milyarderlərin məhəlləsindən yazdı

Məşhur “Forbes” dərgisi azərbaycanlı milyarderlərin məhəlləsindən yazdı

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Forbes_dergisinin_logosu

Dünyanın ən populyar iqtisadi nəşri sayılan “Forbes” dərgisi Azərbaycanın Quba şəhərində yerləşən “Qırmızı Qəsəbə” məhəlləsindən reportaj hazırlayıb. AgahMedia.Com informasiya portalının “ANS Press”ə istinadən məlumatına görə, “Forbes”in 3 min adamın yaşadığı məhəlləyə diqqət yetirməsinin əsas səbəbi dünyanın iki tanınmış milyarderinin Zarax İliyevin və Qod Nisanovun bu məhəllədə doğulması ilə bağlıdır.
“Forbes”in reytinqinə görə, Quba konserv zavodunun keçmiş direktorunun oğlu, qəsəbənin ilk komissiyon mağazasının sahibi Qod Nisanovun 3,6 milyard dollar və onun ortağı Zarax İliyevin də 3,6 milyard dollar sərvəti var. Onlar Moskvadakı “Ukraina” və “Radisson Slavyanskaya” otellərinin, “Yevropeyskiy” ticarət mərkəzinin, “Sadovod”, “Moskva” və “Lotos-Siti” topdan-pərakəndə satış komplekslərinin sahibidirlər. Hazırda Moskvda bir neçə iri tikinti layihəsini də gerçəkləşdirirlər. Hər iki iş adamı Qubada yaşayanda da yaxın dost olublar. Nəşrin məlumatına görə, Qırmızı Qəsəbədə yaşayan əhali İrandan gəlmiş yəhudilərin törəmələridirlər. Onlar sefard deyillər və heç zaman İspaniyada yaşamayıblar. Onlar eradan əvvəl VII əsrdə Assuriya çarı Sinaxxerib tərəfindən əsir edilmiş yəhudilərin törəmələridirlər. Onların dili cuuri daha çox fars dilinə yaxındır. Amma Qırmızı Qəsəbədəki dini məktəbdə yeniyetmələrə ibrani dili də öyrədilir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*