Home » Siyasət, Ümumi » Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.AgahMedia.Com portalının SİA-ya istinadən məlumatına görə, islasda ilk olaraq 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin adında və ərazisinin tərkibində bəzi dəyişikliklərin edilməsi məsələsi müzakirə edilib.
 MKS katibi Natiq Məmmədov Dəvəçi rayonunun Şabran adlandırılmasına müvafiq olaraq 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin 54 saylı Şabran-Dəvəçi seçki dairəsi adlandırılması və dairə ərazisinin tərkibində bəzi dəyişikliklərin edilməsini təklif etdi. Təklif komissiya üzvləri tərəfindən qəbul edilib.

Daha sonra normativ xarakterli bəzi aktlara dair müzakirələr aparıldı. MSK katibi səsvermə günü tələb olunan sənədlərlə bağlı məlumat verib. Əvvəlki seçkilərdə tələb edilən sənədlərlə müqayisədə elə bir dəyişiklik olmadığını diqqətə çatdıran N.Məmmədov vətəndaşlardan şəxsiyyət vəsiqəsinin, qaçqın və köçkünlərə müvafiq Dövlət Komitəsi tərəfindən verilən vəsiqələrinin, barələrində həbs qəti-imkan tədbiri seçilərək tədricxanalarda saxlanılan şəxslər üçün Penitensiar Xidmət tərəfindən verilən vəsiqələrin, eyni zamanda həbsxanalarda məhkumluq həyatı yaşayanlara müvafiq qurumlar tərəfindən verilən sənədlərin səsvermə günü tələb ediləcəyini bildirib.
N.Məmmədov namizədlərin seçki təbliğatı üçün yaradılan fodlarla bağlı təlimat barəsində də məlumat verib. Bu fondun maksimum 500 min manatdan ibarət olacağını deyən MSK katibi bildirib ki, fondda nəzərdə tutulan məbləğdən artıq vəsaitin olduğu qeydə alınarsa, həmin vəsait mənbəyinə qaytarılacaq: “Vətəndaşlar bu fonda maksimum 3 min, hüquqi şəxslər isə maksimum 50 min manat köçürə bilərlər. Namizıdin özü isə bu fonda maksimum 150 min manat köçürə bilər”. İclasda 118 saylı Ağdam şəhər dairə seçki komissiyasının tərkibində dəyişikliklərin edilməsi qəbul olunub. Komissiya üzvləri daha sonra cari məsələlərlə bağlı müzakirələr aparıblar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*