Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi “Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması” mövzusunda treninq keçirir


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi “Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması” mövzusunda treninq keçirir

Azərbaycan Mərkəzi Bankı pul siyasətinin effektivliyinin artması istiqamətində tədqiqat potensialının genişləndirilməsini davam etdirir. Bu məqsədlə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) iqtisadi proseslərin hərtərəfli modelləşdirilməsi və proqnozlaşdırmasına imkan verən “Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması” mövzusunda treninq təşkil etmişdir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, sentyabrın 13-15 tarixlərində keçirilən treninq dinamik stoxastik ümumi tarazlıq modelinin riyazi-analitik əsasının hazırlanması və ekonometrik metodlardan istifadə etməklə qiymətləndirilməsinə dair məsələlərə həsr olunmuşdur. Dünyanın qabaqcıl mərkəzi banklarında istifadə olunan dinamik stoxastik tarazlıq modelləri iqtisadi tsikllərin dərin tədqiqinə və real biznes tsikl modellərinin hazırlanmasına imkan verir. Treninq nəticəsində əldə olunacaq biliklərin iştirakçıların iqtisadi proqnozlaşdırma potensialının təkmilləşdirilməsinə xidmət edəcəyi gözlənilir.Treninq Polşa Milli Bankının iqtisadiyyat üzrə müşaviri Marsin Kolasa və iqtisadiyyat üzrə eksperti Andrzey Koçiecki tərəfindən ingilis dilində aparılır.Treninqdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Dövlət Neft Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mərkəzi Bankının və digər təşkilatların nümayəndələri iştirak edirlər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*