Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Mərkəzi Bankın saytı “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalib elan olundu

Mərkəzi Bankın saytı “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalib elan olundu

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bankın İnternet səhifəsi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalibi elan olunub. Belə ki, 2011-ci ildə internet səhifəmiz öz fəaliyyəti ilə dövlət strukturları arasında “İlin ən yaxşı dövlət səhifəsi” nominasiyası üzrə 1-ci mərhələdə ictimaiyyət tərəfindən, ikinci mərhələdə isə münsiflər heyəti tərəfindən birirnci yerə layiq görülüb.
Müsabiqədə dövlət, elm və təhsil, mədəniyyət və incəsənət, informasiya və xəbərlər, idman, korporativ və elektron kommersiya üzrə ümumilikdə 286 internet səhifə iştirak edib.
24 may 2011-ci il tarixində keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edənlər Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən, NETTY mükafatının bir neçə il ərzində milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir olduğunu qeyd ediblər.
Sonra isə qaliblərin adı açıqlanıb. Mükafatı Mərkəzi Banka Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təqdim edib.
NETTY-2011 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Qeyd edək ki, “Netty” müsabiqəsi 2005-cı ildən fəaliyyət göstərir, “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kimi dövlət qurumları qalib gəlmişdilər.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*