Home » Biznes sfera və iqtisadiyyat, Təhsil sektoru, Ümumi » Mərkəzi Bankın sədri Corctaun Universitetində təqdimatla çıxış edib

Mərkəzi Bankın sədri Corctaun Universitetində təqdimatla çıxış edib

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilən “Azərbaycan günləri” çərçivəsində ABŞ-ın məşhur təhsil ocaqlarından olan Corctaun Universitetində “Azərbaycanın iqtisadi modernizasiyası və post-böhran dövrü: çağırışlar və strategiyalar” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatla iştirakçılara Azərbaycan haqqında ümumi informasiya, ölkədə aparılan islahatlar və əldə olunan tərəqqi, qlobal böhrana qarşı dayanıqlılıq, postböhran dövrünün çağırışları, maliyyə sabitliyi, pul siyasəti və yeni iqtisadi strategiyalar barədə ətraflı məlumatlar verilib. Qlobal böhranın neqativ təsirləri və onların neytrallaşdırılması istiqamətində görülmüş tədbirlər təqdimatla xüsusi diqqətə çatdırılıb.
Qeyd olunmuşdur ki, qlobal böhran başlamamışdan öncə ölkədə baş vermiş yüksək inkişaf, preventiv ehtiyatlanma tədbirləri və formalaşdırılmış təhlükəsizlik yastığı böhranın təsirlərinin neytrallaşdırılmasında mühüm rol oynamışdır. Bununla belə qlobal böhranın aktiv fazasında da hökumət və Mərkəzi Bank effektiv antiböhran tədbirləri görə bilmişlər. Nəticədə qlobal böhranın baş verdiyi illərdə də Azərbaycan inkişafını davam etdirmiş və dayanıqlığını qorumuşdur. Eyni zamanda Azərbaycanın beynəlxalq imici daha da yaxşılaşmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı qarşısında bir strateji məqsəd dayanır: ölkənin qazandığı inkişaf templərini qorumaq və yuxarı gəlirli ölkələr qrupuna daxil olmasını təmin etmək.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən milli iqtisadiyyatın daha da müasirləşdirilməsi və şaxələndirilməsi, biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması və sağlamlaşdırılması, kiçik və orta sahibkarlığın rolunun artırılması ilə əlaqədar strateji təşəbbüslər irəli sürülmüşdür. Bu strategiyanın realizasiyası üçün yeni iqtisadi inkişaf modelinin müəyyənləşməsi prioritet məsələdir” – deyə Elman Rüstəmov qeyd edib.
Universitetin professor-müəllim heyəti tərəfindən böyük maraqla qarşılanan təqdimat aktiv müzakirə şəraitində keçib və E.Rüstəmov iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*