Home » Biznes sfera və iqtisadiyyat, Təhsil sektoru, Ümumi » Mərkəzi Bankda xarici və yerli universitetlərdə təhsil alan 27 tələbə və məzun internatura keçib

Mərkəzi Bankda xarici və yerli universitetlərdə təhsil alan 27 tələbə və məzun internatura keçib

Azərbaycan Mərkəzi Bankı tələbələrin iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı istiqamətində daha bir proqramın – internaturanın tətbiqinə başlamışdır.

Bu proqram internalara öz potensiallarını reallaşdırmaq və yeni təcrübə toplamaq imkanı yaradır. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2009-2010-cu tədris ilində Mərəkəzi Bankda xarici və yerli universitetlərinin 27 tələbə və məzunu internaturanı başa vurub. Tələbə və məzunların hər birinin meyl və maraqları nəzərə alınaraq, onlar Mərkəzi Bankın müvafiq departamentlərinə təyin olunublar. Bu departamentlərdə onlar iş prosesi ilə yaxından tanış olmaqla yanaşı, verilən tapşırıqları yerinə yetirmək və ölkənin aparıcı maliyyə institutunda çalışmaq təcrübəsini əldə ediblər.
Müraciət edənlər müvafiq prosedura uyğun müsahibədən keçdikdən sonra AMB-nin Hüquq, Pul siyasəti, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət, İnformasiya texnologiyaları, Bazar əməliyyatları, Maliyyə idarəetməsi, Daxili audit, Beynəlxalq əlaqələr və Kommunikasiya departamentlərində, Tədqiqatlar və İnkişaf Mərkəzində təcrübə keçiblər. Yekunda internaturanı bitirən tələbə və məzunlara onlar haqqında verilən rəylər əsasında sertifikat təqdim olunub.
Mərkəzi Bankın İnsan resursları departamentinin rəhbəri Leyla Nəbiyeva bildirib ki: “İnternatura tələbə və məzunlar üçün universitetdə topladıqları nəzəri biliklərin praktikada tətbiqi üçün əla şansdır. Bu zaman onlara gələcək peşələri ilə yaxından tanış olmaq və komandada işləmək imkanı yaradılır. Tələbələr təcrübə toplamaqla yanaşı, təhsillərini də davam etdirə bilirlər. Mərkəzi Bank isə öz növbəsində bu proqramın həyata keçirilməsilə universitetlərlə əlaqələrini genişləndirir və interneturada iştirak edən tələbə və məzunlar vasitəsilə öz işçi seçimi mənbələrini artırır.”
Bu müddət ərzində AMB-nin 11 departamentində internatura keçən 27 nəfər 8 universitet və 1 kollecin məzun və tələbələridir. İnternaturada yerli universitetlərlə yanaşı Kanada, İsveç, Rusiya və ABŞ universitetlərinin də məzun və tələbələri iştirak edib. Onlardan 16-sı bakalavr, 11 nəfəri isə magistrdir. AMB-də internatura ilk dəfə pilot formada həyata keçirilsə də, tələbə və məzunların qazandıqları bu təcrübənin onların peşəkar fəaliyyətinə mühüm təsir göstərəcəyini nəzərə alaraq, onun gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Məzunlar təcrübə keçməklə yanaşı, onlardan bəziləri öz karyeralarını Mərkəzi Bankda başlamaq imkanı da əldə ediblər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*