Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Mərkəzi Bankda Azərbaycan bankları üçün Korporativ Sosial Məsuliyyətə dair treninq keçirilib

Mərkəzi Bankda Azərbaycan bankları üçün Korporativ Sosial Məsuliyyətə dair treninq keçirilib

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, Mərkəzi Bank Avrasiya Əməkdaşlıq Fondu (AƏF) ilə birgə Azərbaycanda fəaliyyət göstərən bankların biznesin inkişafı, marketinq, ictimaiyyətlə əlaqələr üzrə məsələlərə məsul və Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində qərar verən rəhbər şəxslər üçün KSM barədə treninq təşkil edib.

Mərkəzi Bankın sədr müavini Aftandil Babayev tədbiri açaraq treninqin həsr olunduğu mövzunun aktuallığından, KSM-in bank sisteminə inamın möhkəmlənməsində oynadığı roldan, bu cür layihələrin reallaşmasının Mərkəzi Bankın, bütövlükdə bank sisteminin ictimai etimad kapitalının artmasında mühüm faktorlardan biri olmasından danışıb. O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatının, onun bank sektorunun qlobal maliyyə böhranına qarşı nümayiş etdirdiyi dayanıqlığın əsas faktorlarından birini məhz əhalinin və təsərrüfat subyektlərinin ölkədə aparılan iqtisadi siyasətə, o cümlədən pul-məzənnə siyasətinə olan inam təşkil etmişdir.Türkiyənin KSM üzrə ilk eksperti və “KSM Türkiyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü olan Ayşəgül Hatay tərəfindən aparılan treninqdə iştirakçılara KSM, onun banklar üçün önəmi və beynəlxalq təcrübə barədə məlumat verilmişdir. Ayşəgül Hatay Azərbaycan Mərkəzi Bankına tədbirin təşkilinə görə minnətdarlığını bildirərək qeyd edib ki, Mərkəzi Bankın bu addımı digər ölkələrin mərkəzi bankları üçün də nümunə olmalıdır. Onun sözlərinə görə bir çox ölkələrin mərkəzi banklarının 5 il sonra edə biləcəyi işi Azərbaycan Mərkəzi Bankı artıq təşkil etməklə ilkə imza atdı: “Azərbaycan Mərkəzi Bankının bank sektorunda KSM mədəniyyətinin təbliğinə başlaması çox gözəl və alqışlanan işdir. Bütün dünyada bank sektoru KSM-in yayılmasında mühüm rol oynayıb”.
Treninq iştirakçıları ilə KSM hansı məsələləri özündə ehtiva edir, KSM ilə korporativ vətəndaşlıq istisna olmaqla, sosial məsuliyyət, dayanıqlılıq və korporativ idarəetmə arasında hansı fərqlər var, beynəlxalq struktur, standart və KSM üzrə könüllü kodekslər, KSM məsələləri ilə bağlı şəffaflıq və hesabatlıq məsələləri, qabaqcıl təcrübələr və dünyanın və Türkiyənin aparıcı banklarının nümunələrinə (“Akbank”, “Citibank”, HSBC, “The Coorperative Bank”, “Barclays”, “The Standard Bank”) dair faydalı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Mərkəzi Bankın yeni qəbul edilmiş Kommunikasiya Strategiyasının əsas istiqamətlərindən biri KSM layihələrini həyata keçirməklə bərabər Azərbaycan bankları arasında KSM mədəniyyətinin təbliği və onların çalışdıqları cəmiyyətin inkişafına sərmayə yatırmağa təşviq etməkdir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*