Home » Ümumi » Mərkəzi Bank iki bankın lisenziyasını ləğv etdi

Mərkəzi Bank iki bankın lisenziyasını ləğv etdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan “Debütbank”ASC və “Kövsərbank”ASC-nin lisenziyaları ləğv edilib. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə “Debütbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.12.1994-cü il tarixli, 233 saylı lisenziya, “Kövsərbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 21.12.1992-ci il tarixli, 92 saylı lisenziya ləğv edilmişdir.
Həmin qərarla “Debütbank” ASC və “Kövsərbank” ASC-yə müvəqqəti inzibatçılar təyin edilmişdir. Müvəqqəti inzibatçılar bankların yerləşdiyi müvafiq ünvanlarda fəaliyyət göstərir (“Kövsərbank” ASC-nin ünvanı: Bakı şəhəri, B.Məcidov küçəsi 44/46, “Debütbank” ASC-nin ünvanı: Bakı şəhəri, A.Neymətulla küçəsi,79).
Qeyd edək ki, “Debütbank” ASC-nin lisenziyası “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci, 16.1.6-cı, 16.1.8-ci, 16.1.9-cu və 16.1.18-ci maddələrinə əsasən,”Kövsərbank” ASC-nin lisenziyası həmin Qanunun 16.1-ci, 16.1.6-cı, 16.1.9-cu, 16.1.10-cu və 16.1.18-ci maddələrinə əsasən ləğv edilib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq “Debütbank” ASC və “Kövsərbank” ASC-nin bank lisenziyalarının ləğv olunması barədə qərar dərc edildiyi günün ertəsi günündən qüvvəyə minir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*