Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Mərkəzi Bank I yarımillikdə yeridilən pul siyasətini dəyişməz saxlamışdır

Mərkəzi Bank I yarımillikdə yeridilən pul siyasətini dəyişməz saxlamışdır

2010-cu ilin I yarısında Azərbaycan Respublikasının Mərkəzi Bankı öz siyasətini qlobal iqtisadi artımın ləng bərpası və dünya ölkələri üzrə qeyri-bərabər getməsi, beynəlxalq maliyyə-valyuta bazarlarında qeyri-stabilliyin artması, dünya neft bazarında əlverişli konyunkturun saxlanması, ölkə iqtisadiyyatının sabit artım dinamikası şəraitində həyata keçirmişdir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, dünyanın aparıcı valyutalarının kəskin volatilliyi şəraitində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0.04% dəyişərək ümumən sabit səviyyədə qalmışdır. Tədiyə balansının əhəmiyyətli profisiti manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyinin əsas makroiqtisadi faktoru olmuşdur. Manatın məzənnəsinin sabitliyi həmişə olduğu kimi, cari ildə də ölkədə inflyasiyanın, iqtisadi subyektlərin xarici borc yükünün və dollarlaşmanın artmamasına və bütövlükdə, əhalinin real pul gəlirlərinin qorunmasına imkan vermişdir. İqtisadi tsikldəki mövcud meyllər şəraitində işgüzar aktivliyin və iqtisadi artımın dəstəkənməsi məqsədilə Mərkəzi Bank faiz dəhlizinin parametrlərini və məcburi ehtiyat normalarını dəyişməmiş, pul kütləsinin artım mənbələrini qorumuşdur. Əmanətlər üzrə faiz dərəcələrinin azaldılmasının təşviqi siyasəti davam etdirilmişdir. Bu şəraitdə yarım il manatla geniş mənada pul kütləsi 7.5% artmış, faiz dərəcələrinin azalmağa doğru meyillənməsinə şərait yaranmışdır. Mərkəzi Bankın pul siyasətinin əsas məqsədlərindən olan inflyasiya səviyyəsi cari ilin altı ayında ötən ilin müvafiq dövrünə nisbətən 4.9% təşkil etmişdir. Dövr ərzində bank sektorunda maliyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə Mərkəzi Bank nəzarət və tənzimləmə çərçivəsini daha da təkmilləşdirmişdir. Nəticədə bank sistemi maliyyə dayanıqlılığı qoruyaraq inkişafını davam etdirmişdir. 2010-cu ilin ötən altı ayı ərzində bank sisteminin aktivləri 4,4%, kredit portfeli isə 5,2% artmışdır. Əhalinin əmanətlərinin artımı 9,8% olmuşdur. Qeyd olunanları, habelə makroiqtisadi proqnozları nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti uçot dəcərəsinin, faiz dəhlizinin parametrlərinin və məcburi ehtiyat normalarının dəyişməz saxlanılmasını, manatın məzənnəsinin sabit səviyyədə saxlanmasına yönəlmiş siyasətin davam etdirilməsini məqsədəuyğun saymışdır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*