Home » Beynəlxalq, Siyasət, Texno, Ümumi » Məmurlara bəzi smartfonlardan istifadə etmək qadağan olundu

Məmurlara bəzi smartfonlardan istifadə etmək qadağan olundu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Huawei_smartfonuBu yaxınlarda ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən Almaniya hökumət üzvlərinin smartfonlarının dinlənilməsi məlum olub. Belə ki, keçmiş agentlik əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərə görə, ABŞ kəşfiyyat orqanı Almaniya federal kansleri Angela Merkelin telefon danışıqlarını dinləyib.
AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, Almaniya kanslerinin istifadə etdiyi smartfonlardan biri “iPhone” modeli olsa da, o, əsas üstünlüyü “BlackBerry” şirkətinin istehsalı olan qurğulara verib. Bununla belə, kansler ictimaiyyət arasında bəzən “iPhone 5” modeli ilə çıxdığına görə digər yüksəkvəzifəli dövlət qulluqçuları da bu addımı atıblar.
ITExpert.org.ua resursu xəbər verir ki, Almaniya hökuməti ABŞ xüsusi xidmət orqanlarından qorunmaq üçün dövlət məmurlarına telefon danışıqlarının şifrlənməsi üçün xüsusi proqram təminatı ilə təmin olunmayan mobil qurğulardan istifadəni qadağan edib. Hökumət təhlükəsiz hesab edilən smartfon modellərinin adını açıqlamasa da, “iPhone”nun orada yer almadığını başa düşmək heç də çətin deyil. Belə ki, “Apple” şübhəli proqram təminatının öz qurğularında quraşdırılmasına icazə vermir.


Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*