Home » Beynəlxalq, Siyasət, Ümumi » Lukaşenko və Medvedev şəxsi ittihamlara keçdilər

Lukaşenko və Medvedev şəxsi ittihamlara keçdilər

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya-Belarus münasibətləri növbəti gərginləşmə dövrünü yaşayır. Bu dəfə iş prezidentlərin bir-birinə ünvanladığı şəxsi ittihamlara çatıb. Belarusun Abxaziya və Cənubi Osetiyanı tanımaması bir daha mübahisə mövzusudur. Habelə müşahidəçilərə görə, yeni vüsətlə informasiya müharibəsi başlayıb. Rusiya televiziyası Aleksandr Lukaşenkonu şiddətli tənqid edən növbəti veriliş yayıb. Belarusda yaxın aylarda prezident seçkiləri keçirilməlidir və ehtimallara görə, Moskvanın təyziqi getdikçə artacaq. Moskvayla Minskin bir-birini sərt tənqid etməsi son aylarda faktiki adi bir hala çevrilib. Ancaq ölkə prezidentlərinin bir-birinə qarşı şəxsi ittihamlarla çıxış etməsi, rəylərə görə, fövqəladə bir haldır. Bu günlərdə Rusiya prezidenti Dmitriy Medvedev Belarus lideri Aleksandr Lukaşenkonu verdiyi vədi yerinə yetirməməkdə ittiham etmişdi. O bəyan edib ki, Belarus başçısı Aleksandr Lukaşenko bir neçə MDB liderinin gözü qarşısında hələ 2 il öncə Abxaziya və Cənubi Osetiyanı tanımağı təntənəli şəkildə söz vermişdi. Buna cavabda Aleksandr Lukaşenko bildirib ki, Moskvada onun dedikləri təhrif edilib:”Mən burada mübahisə açmaq istəmirəm, ancaq mənim rusiyalı həmkarım qeyri-etik və qeyri-səmini şəkildə müəyyən şeyləri kontekstdən çıxarır. O söhbətin başqa hissəsini demir. Mən ona dedim ki, problem deyil Belarus üçün Abxaziya və Cənubi Osetiyanı tanımaq. Ancaq bundan sonra Belarusun Avropa İttifaqıyla, ABŞ-la, MDB ölkələriylə problemləri yarana bilərdi. Mən onda prezident Medvedevə dedim ki, siz bu problemlərin həllində bizə kömək edəcəksinizmi? Rusiya bunu etmək iqtidarında olmadı”, deyib Aleksdandr Lukaşenko. Habelə cənab Lukaşenko bəyan edib ki, Cənubi Osetiya və Abxaziyanı tanımaq haqda heç bir təntənəli vəd verməyib. Öz növbəsində Kremldə bildirirlər ki, Belarus liderinin müvafiq vədləri həkk olunmuş stenoqrammanı dərc etməyə hazırdı.
Bütün bu söz çəkişməsi fonunda Rusiyanın NTV kanalı Aleksandr Lukaşenkonu şiddətli tənqid edən veriliş yayıb. Bu veriliş əvvəl gedən 2 proqramın davamıdır. Belarus rəsmiləri verilişi əsassız cəfəngiyyat adlandırırlar. Moskvalı şərhçi Pavel Salin Moskvanın Belarusa təyziqini Rusiyanın apardığı yeni strategiyayla izah edir:”Kremli əvvəlki strategiya zamanı Lukaşenkoyla işləmək sərf edirdi. O zaman Moskvanın geniş jestləri müqabilində siyasi loyallıq izhar edilirdi. İndi Moskva yanaşmasını dəyişib, o özünün hər bir addımına cavab gözləyir. Biz sizə çoxmilyardlıq kredir veririk cavab nə olacaq. İqtisadiyyata pul qoyulur, bunun müqabilində yerli müəssisələr Rusiyaya satılmalıdır. Aleksandr Lukaşenkoya bu sərf etmir və odur ki, Kreml üçün onunla işləmək çətindir”, deyir cənab Salin. Minskdə bir çoxları öz növbəsində bildirilirlər ki, Kremlin ali məqsədi Belarusu müxtəlif inteqrasiya təşkilatlarıyla bağlayıb onu faktiki suverenlikdən məhrum etməkdir.
Bu arada bir çox şərhçilərə görə, Aleksandr Lukaşenkoya təyziqə baxmayaraq Moskvanın yaxınlardakı seçkilərdə faktiki öz namizədi yoxdur.
Aparıcı müxalif namizədlərin demək olar ki hamısı daha çox liberal qərbyönlüdqür. Odur ki, ehtimallara görə, Moskva Aleksandr Lukaşenkonu sıxa-sıxa ondan daha çox imtiyazlar alıb sonda hazırkı prezidenti dəstəkləmək yolunu seçə bilər.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*