Home » Sosial, Ümumi » “Leykemiya ilə mübarizə” İctimai Birliyindən sərt ittıham: Pulsuz verilməli olan dərmanlar apteklərdə 100-120 manata satılır
 Ucuz təyyarə biletləri və sərfəli otellər burda…

“Leykemiya ilə mübarizə” İctimai Birliyindən sərt ittıham: Pulsuz verilməli olan dərmanlar apteklərdə 100-120 manata satılır

Xeyli müddət öncə “Leykemiya ilə mübarizə” İctimai Birliyi leykozlu uşaqların bəzi mövcud problemlərinin həll edilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə məktub göndərib. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, “Leykemiya ilə mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova bildirib ki, leykozlu uşaqların bəzi mövcud problemləri hələ də həll olunmamış qalıb. O bildirib ki, hələ də məktuba Səhiyyə Nazirliyindən hər hansı bir cavab gəlməyib.
“Bir çox dərmanların lazımı olan siyahıda ola-ola, bizim valideynlər onları apteklərdən alır. Məsələn, “NEOPAJEN” dərmanı 100-120 manata satılır, amma bu, pulsuz verilən dərmanların siyahısındadır. Apteklərdəki qiymətlər isə günbəgün qalxır. Valideynlər bilmirlər nə etsinlər, çarəsiz vəziyyətdə uşaqlarının ölümünü gözləyirlər. Bu yaxınlarda bir valideyn Hematologiya İnstitutunun direktoruna yaxınlaşaraq bu barədə soruşanda, o, cavabında “bizdə dərman yoxdur”, deyib”, – deyə o əlavə edib.
M.Bağırova qeyd edib ki, siyahıda 200-dən çox leykozlu uşaq var. Onun sözlərinə görə, xəstə uşaqların 40-50 %-i xaricdə müalicə alır: “Bunun səbəbi isə həm lazımı aparatlar, həm də lazımı şərait olmaması ilə əlaqədardır. Uşaqların 40-50 %-i xaricdə, çoxu İranda, bəziləri Minskdə müalicələrini davam etdirirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə, bildirib ki, bu məsələ ilə bağlı nazirliyə hər hansı bir məktub daxil olmayıb: “Ola bilsin ki, nazirliyin Tibbi Yadımın Təşkili şöbəsinə hansısa müraciət edilib, ancaq narzirliyə leykozlıu uşaqların problemləri ilə bağlı məktub çatmayıb. Amma hər halda qarşı tərəf hələki nazirliyin cavabını gözləməlidir”.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*