Home » Şou biznes və Mədəniyyət, Texno, Ümumi » Ledi Qaqa yeni sosial şəbəkə yaratmağı planlaşdırır

Ledi Qaqa yeni sosial şəbəkə yaratmağı planlaşdırır

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, avanqard geyimləri ilə hamını şoka salan Ledi Qaqa yeni rekorda imza atıb. Belə ki, amerikalı müğəni dostlarının sayı 20 milyonu keçən ilk “Twitter” istifadəçisinə çevrilib. 2-ci yerdə 18 milyon dost ilə müğənni Castin Biber, 3-cü və 4-cü yerlərdə isə müvafiq olaraq 15.7 və 14.5 milyon dostla Ketti Perri və Şakira gəlir.
Başqa Hollivud ulduzlarından fərqli olaraq “Twitter” səhifəsinə şəxsən nəzarət etdiyini və səhifəni tez-tez yenilədiyini deyən Ledi Qaqa, fanatlarının sayını nəzərə alaraq, artıq öz sosial şəbəkəsini yaratmaq niyyətindədir. İnternet şərhçiləri ingilis dilində “Little Monsters, yəni “Balaca Divlər” adlandırılacaq özəl şəbəkənin funksional baxımdan rəsm-paylaşım saytı “Pinterest”ə bənzədiyini bildirir.
Maraqlı faktı da qeyd edək ki, “Twitter”də ən çox dostu olan Ledi Qaqanın digər sosial şəbəkələrdə, o cümlədən “Facebook”da 48 milyon, Google+ şəbəkəsində isə 800 mindən çox fanatı var.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*