Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan etdi

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yeni müsabiqə elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

AgahMedia.Com portalının “SƏS” agentliyinə istinadən məlumatına görə, hər bir layihə üzrə maksimum məbləğ iyirmi beş min manat müəyyən edilib. Hər bir qurum bir layihə təqdim edə bilər və hər istiqamət üzrə 3 layihə maliyyələşdiriləcək. Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi qərara alınıb:
– Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi,
– Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi,
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi,
– Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi,
– Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması,
– Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği,
– Azərbaycançılıq ideyasının təbliği,
– Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi,
– Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi,
– İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi,
– Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi,
– Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi,
– Ekologiya və ətraf mühitin mühafizəsi,
– Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması və əməkdaşların peşəkarlığının artırılması. Ərizələr avqustun 2-dən 25-dək qəbul olunacaq, nəticələr isə sentyabrın 1-dək elan ediləcək.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*