Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Kreditlərin 28,4 faizi ev təsərrüfatlarına verilib

Kreditlərin 28,4 faizi ev təsərrüfatlarına verilib

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu il may ayının 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8605,5 mln. manat təşkil etmişdir.

 Kreditlərin 28,4%-i və ya 2439,9 mln. manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1874,4 mln. manat (21,8%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 443,4 mln. manatı (5,2%), sənaye və istehsalın payına isə 601,2 mln. manatı (7,0%) düşüb.Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1509,9 mln. manatı və ya 17,5%-i, kənd təsərrüfatı və emalına 388,9 mln. manatı və ya 4,5%-i, inşaat və əmlak sahəsinə 567,6 mln. manat (6,6%), digər sahələrə isə 48,7 mln. manatı və ya 0,6%-i yönəldilib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*