Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » KİV DF 2011-ci il üçün maliyyə yardımı alacaq KİV-lərin adlarını açıqladı

KİV DF 2011-ci il üçün maliyyə yardımı alacaq KİV-lərin adlarını açıqladı

KİV DF Müşahidə Şurasının növbəti iclası keçirilib. AgahMedia.Com portalının “SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, iclasın gündəliyinə bir məsələ daxil edilmişdir: 25 noyabr 2010-cu il tarixdə elan edilmiş “KİV-lərin 2011-ci il üçün maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə təqdim edilmiş layihələrin müzakirəsi .

Gündəlik məsələ ilə bağlı öncə Fondun icraçı direktoru Vüqar Səfərlinin çıxışı dinlənilib. Səfərli müsabiqəyə təqdim edilən layihələr barədə məlumat verib. Onun verdiyi məlumata əsasən, müsabiqəyə ümumilikdə 23 layihə təqdim edilib.
Müşahidə Şurasının üzvləri müsabiqəyə daxil olan layihələrlə tanış olmuş və bu sahədə müzakirələr aparıb. Onlar, redaksiyalar tərəfindən təqdim edilən layihələrin bu layihələri gerçəkləşdirmək üçün tələb edilən maliyyə vəsaitinə uyğunluğunu araşdıraraq müvafiq təkliflər veriblər. Layihələrin maliyyələşdirilməsi meyarları aşağıdakı şərtlər üzrə müəyyənləşdirilib:
– Qəzetin dövriliyi,
– Tirajı,
– Yayım faizi.
Bu şərtlərə uyğun olaraq dövriliyi həftədə beş dəfədən az olmayan, tirajı üç min nüsxə və yuxarı olan, gündəlik yayımı min beş yüz nüsxədən çox olan qəzetlərə ən yüksək maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.
Digər qəzetlərə isə yuxarıdakı meyarlar nəzərə alınmaqla müvafiq miqdarda maliyyə vəsaitinin ayrılması haqda qərar qəbul edilib.
2011-ci ildə maliyyə yardımı alacaq KİV-lərin siyahısı:
“Ayna-Zerkalo” qəzeti 30.000 manat
“AzerNEWS” qəzeti 6.000 manat
“Azadlıq” qəzeti 30.000 manat
“Bakı-Xəbər” qəzeti 30.000 manat
“Ədalət” qəzeti 30.000 manat
“Futbol+qol” qəzeti 20.000 manat
“Həftə içi” qəzeti 30.000 manat
“Xalq Cəbhəsi” qəzeti 30.000 manat
“Kaspi” qəzeti 40.000 manat
“Mövqe” qəzeti 40.000 manat
“Olaylar” qəzeti 30.000 manat
“Oxu Məni” qəzeti 10.000 manat
“Olimpiya dünyası” qəzeti 5.000 manat
“Paritet” qəzeti 30.000 manat
“Palitra” qəzeti 30.000 manat
“Paralel” qəzeti 20.000 manat
“Reytinq” qəzeti 5.000 manat
“Səs” qəzeti 40.000 manat
“Şərq” qəzeti 25.000 manat
“Yeni Müsavat” qəzeti 40.000 manat
“YeniAzərbaycan” qəzeti 40.000 manat
“525-ci” qəzeti 30.000 manat
“İqtisadiyyat” qəzeti 5.000 manat
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*