Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Saxta kərə yağları ölkəni bürüyüb… (Video)

Saxta kərə yağları ölkəni bürüyüb… (Video)

AgahMedia.Com informasiya portalının Xəzər TV- yə istinadən məlumatına görə, satışda kərə yağı adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur….
Mütəxəssislərə görə, bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır…
İlk baxışdan kərə yağı kimi görünsə də, tərkibi kimyəvi maddələrdən ibarətdir. Hətta əsl yağ təəssüratı yaratsın deyə kərə dadı və qoxusu da verilir.
Əsl kərə yağı almaq istəyənlər əvvəlcə onun qiymətinə fikir verməlidirlər.
1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 30 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri istehsal, daşınma və satış xərcləri, həmçinin vergilər də nəzərə alınmaqla, 7-8 manatdan az olmamalıdır…

Kərə yağı solğun sarı rəngdə olur. Tünd sarı, narıncı rəng yağa boya maddələrinin qatıldığını göstərir. Əsl kərə yağını müəyyən etmək üçün bir dilim yağı ilıq suyun içinə atın. Suyun rəngi dəyişsə deməli boya əlavə edilib…

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*