Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Kənd Təsərrüfatı Nazirliyi inzibati vəzifələrə işçilər axtarır…

Kənd Təsərrüfatı Nazirliyi inzibati vəzifələrə işçilər axtarır…

AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, nazirlik 586 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Onlardan 529 vakant vəzifə üzrə sənəd qəbulu başlayıb, 57 vakant vəzifənin tutulması üzrə isə ümumi müsahibə mərhələsi davam edir. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, Nazirlik Aparatı və Nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib.

Vakansiyalarla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz…

Kənd Təsərrüfatı Nazirliyi (94 vəzifə üzrə 94 yer)

Kənd Təsərrüfatı Nazirliyi (418 vəzifə üzrə 435 yer)

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*