Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » “Karyerada ilk addım” devizi altında aktiv tədbirlər bölgələrdə davam etdirilir

“Karyerada ilk addım” devizi altında aktiv tədbirlər bölgələrdə davam etdirilir

AgahMedia.Com portalının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığı məlumata görə, 11 iyun 2010-cu il tarixində tələbə və məzunların əmək bazarına inteqrasiya olunması, onların əmək bazarındakı mövcud vəziyyət barədə məlumatlandırılması məqsədilə Lənkəran Dövlət Universitendə “Karyerada ilk addım” devizi altında işəgötürənlərin iştirakı ilə növbəti aktiv məşğulluq tədbiri keçirilib.

 Tədbirdə rayonda fəaliyyət göstərən ümumilikdə 41 müəssisə təşkilat tərəfindən 316 iş yeri, habelə Baş Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan iş yerləri məzun və tələbələrin sərbəst seçiminə təqdim olunub.
Tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin sektor müdiri Elçin Səlimov, Lənkəran İcra Hakimiyyətinin məsul işçiləri və Lənkəran Dövlət Universitetinin rəhbər işçiləri iştirak ediblər.
Bu tədbirin keçirilməsində məqsəd üniversitetdə təhsil alan, yaxud artıq təhsilini başa vuran gənclərimizi əmək bazarı barədə geniş məlumatlandırmaq, onların bu sahədə mövcud əmək bazarına inteqrasiyasına yardımçı olmaq, digər tərəfdən iş adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasmda köməklik göstərməkdir. Burada gənclərə öz gələcək karyeralarını müəyyənləşdirmək üçün geniş imkanlar verilir.
Tədbirdə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti tərəfindən bu kimi tədbirlər 2007-ci ildən etibarən keçirilir. 2007-2009-cu il dövr ərzində respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən ali təhsil müəssisələrində keçirilən belə tədbirlərdə 914 müəssisə 4858 boş (vakant) iş yeri ilə iştirak etmiş, nəticədə 1153 nəfər tələbə və məzun münasib işlərlə təmin olunmuş, 10004 nəfər məzun və tələbə tərəfindən müəssisələrə şəxsi məlumatlar təqdim olunmuşdur.
Lənkəran Dövlət Universitetində məzun və tələbələr üçün keçirilən aktiv məşğulluq tədbirində 28 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib və 162 nəfər tələbə və məzun müəssisələrə şəxsi məlumatlarmı təqdim edib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*