Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Kənd təsərrüfatı sahəsində lizinq şərtləri yumşaldılıb


Ucuz təyyarə biletləri və sərfəli otellər burada …

Kənd təsərrüfatı sahəsində lizinq şərtləri yumşaldılıb

Lizinq ilk baxışdan kreditə bənzəsə də, əslində hansısa texnika və ya avadanlığın uzun müddətə istifadəyə götürülməsi deməkdir. Bu müddətdə istifadəçi avadanlığın pulunu ödəyir.

 Müddət başa çatandan sonra isə onun sahibi olur. Lizinq vasitəsilə texnika və avadanlığı 2 , hətta 5 ilə də almaq mümkündür. Bankdan kredit götürəndə isə müddət maksimum 2 il olur. Bu zaman bank girov tələb etsə də, lizinqdə malın özü girovda qalır. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, indi kənd təsərrüfatı texnikası almaq üçün lizinq şərtləri yumşaldılıb. Ekspertlər deyir ki, ilbəil şərtlər yüngülləşdiyindən lizinqlə kənd təsərrüfatı texnikası götürənlərin sayı artır.Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov İjtimai Televiziyaya bildirib ki, 2011-ci ilin yanvar ayında Aqrolizinq ASC 40 ədəd traktora lizinq verib. Yaz aylarında bu rəqəmin artajağı gözlənilir. Qeyd edək ki, indi texnikanın ilkin ödənişi 20 faizdən 10 faizə endirilib. Belə ki, alınan malın dəyərinin 10 faizi bəri başdan,digər hissəsi isə 10 il müddətinə ödənilir. Faizlərə gələndə, hansısa texnikanın alınması üçün bank kreditlərindən istifadə edənlər 25-26 faiz ödəməli olduğu halda, lizinqdə texnikanı 20-21 faizlə, hətta bəzi hallarda 16-17 faizlə də götürmək olar. Yeri gəlmişkən, yaxın zamanlarda mineral gübrələrin güzəştli satış qaydalarında da dəyişikliklər gözlənilir. Aqrolizinq ASC şərtlərin yüngülləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təkliflərini verib.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*