Home » Bölgələr, Sosial, Ümumi » Kənd İnvestisiya Layihəsi çərçivəsində Şəkinin Kiş kəndində yeni layihə reallaşdırılıb

Kənd İnvestisiya Layihəsi çərçivəsində Şəkinin Kiş kəndində yeni layihə reallaşdırılıb

İyulun 17-də Şəki rayonunun Kiş kəndində Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) həyata keçirdiyi “Kiş icmasında daş döşəmə yolun tikintisi” layihəsi üzrə işlərin başa çatması münasibətilə mərasim keçirilmişdir. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, şəhər icra hakimiyyəti və AzKİL-in məsul nümayəndələrinin, yerli sakinlərin iştirak etdikləri mərasimdə qeyd olunmuşdur ki, Şəki şəhərindən 6 kilometr məsafədə, dağlıq ərazidə yerləşən Kiş kəndində güclü yağışlar zamanı yaranan sel suları mütəmadi surətdə kəndin yollarını yuyaraq yararsız vəziyyətə salır. Bu da öz növbəsində yerli sakinlər üçün ciddi problemlər yaradır. Kəndin daxilində nəqliyyat vasitələrinin hərəkəti, eləcə də Şəki şəhəri ilə əlaqə xeyli çətinləşir.
Bildirilmişdir ki, sözügedən layihənin icrasına ötən ilin noyabrında başlanılmışdır. Layihə çərçivəsində kəndin mərkəzində ümumi uzunluğu 750 metr, eni isə 4 metr olmaqla, yolun 3 min kvadratmetrlik hissəsinə daş döşənmişdir. Bundan əlavə, yolda 5 ədəd su keçidi salınmış, metal tor, qaya və çay daşları ilə eni 1 metr, hündürlüyü 3,5 metr olan 20 metr uzunluğunda istinad divarı tikilmişdir. Layihədən 6700 nəfərdən çox insan faydalanacaqdır.
Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək sakinləri narahat edən problemlərin həllinə göstərilən köməyə görə minnətdarlıqlarını bildirmişlər.Sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olmuşlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*