Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » İxracatçı sahibkarların nəzərinə!…

İxracatçı sahibkarların nəzərinə!…

AgahMedia.Com informasiya portalının İqtisadiyyat Nazirliyindən aldığı məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə ixracatçıların vahid ölkə stendi ilə iştirakı nəzərdə tutulan beynəlxalq sərgi və yarmarkaların siyahısı, həmin sərgi və yarmarkalarda iştirak edəcək ixracatçıların sayı müəyyən edilmişdir.

Beynəlxalq sərgi və yarmarkaların siyahısı, həmin sərgi və yarmarkalarda iştirak edəcək ixracatçıların sayı ilə burada >>> http://www.economy.gov.az/images/pdf/sergiler2017.pdf tanış ola bilərsiniz.
“Qeyd olunan sərgi və yarmarkalarda iştirak edəcək ixracatçılar İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqə əsasında seçiləcəkdir. Müsabiqənin keçirilmə tarixi barədə İqtisadiyyat Nazirliyi tərəfindən əlavə məlumat veriləcəkdir.
Əlavə məlumatı “AZPROMO”dan almaq olar.”
Əlaqələndirici şəxs Fuad Cəfərov (tel: +99412 5980147/48 (daxili 141), elektron poçt ünvanı: (destek@azpromo.az) fceferov@azpromo.az).

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*