Home » Sosial, Təhsil sektoru, Ümumi » IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlum oldu

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri məlum oldu

AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 30-dan TQDK-nın internet saytında yerləşdirilib. ( Bu linkdə >>> http://www.tqdk.gov.az/net2012ali/ )

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcəkdir.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 15408 abituriyentlərdən 1010 nəfəri imtahanda iştirak etməmişdir.
İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
Test imtahanının nəticəsinə əsasən 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə-700 bal toplayıb.
İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

QEYD: Aqrar ixtisaslar üzrə ixtisas seçiminə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılacaqlar.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*