Home » Şou biznes və Mədəniyyət, Ümumi » İTV “Eurovision-2013″də Azərbaycandan Rusiyaya verilən qiymət haqqında rəsmi açıqlama verdi

İTV “Eurovision-2013″də Azərbaycandan Rusiyaya verilən qiymət haqqında rəsmi açıqlama verdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru Cəmil Quliyev “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycanın Rusiyaya verdiyi səslə bağlı məsələyə aydınlıq gətirib. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, İTV rəhbəri bildirib ki, Rusiya Azərbaycanla ümumi maraqları, ümumi insani dəyərləri və nəhayət ümumi tarixi olan ölkədir. Bəyanatla çıxış edən İTV-nin Baş direktoru daha sonra deyib: “Bu gün Azərbaycanla Rusiya arasında mədəniyyət və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən yaxın xaric ölkələri üçün nümunə ola bilər. Azərbaycanda çıxış edən, vokal və aktyorluq istedadları yüksək səviyyədə olan Rusiya yaradıcılıq birliklərinin tədbirləri anşlaqla baş tutur. Azərbaycan nümayəndələrinin də Rusiya auditoriyası qarşısında çıxışları bu cür qarşılanır. Rusiya tamaşaçılarının “Eurovision-2013” müsabiqəsində Azərbaycan təmsilçisinə verdiyi ən yüksək qiymət buna sübutdur”.
Cəmil Quliyev qeyd edib ki, verilən yüksək qiymət yalnız Rusiya tamaşaçısının ölkəmizin təmsilçisinin yaradıcılığını dəyərləndirməsinin nümayişidir: “İctimai Televiziyanın milli mobil operatorlardan aldığı məlumatlara görə, SMS-səsvermənin nəticəsi olaraq Rusiya təmsilçisi Dina Qaripova ikinci yeri tutduğunu göstərib. Bu da Azərbaycanın milli səsverməsində Rusiyanın xeyrinə yüksək yekun balı təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiyaya yüksək qiymət verib. Azərbaycandan olan səslərin final hesablamasında Rusiyanın bir bal qiymət almaması ciddi narahatlıq və heyrət doğurur. Bu gün ictimaiyyətin, ziyalıların bir çox nümayəndələrinin, həmçinin yaradıcı insanların həmin fakt üzrə narazılıq ifadə etmələrini başa düşmək olar. Biz onların fikri ilə tam razılaşırıq ki, Rusiya bu il gözəl nömrə və güclü ifaçı ilə iştirak edib.
Hesab edirik ki, SMS səsverməsinin yekunlarına görə Azərbaycan tamaşasının verdiyi yüksək qiymət, habelə milli münsiflər heyətinin “Eurovision-2013” mahnı müsabiqəsində Rusiya ifaçısına verdiyi qiymət elan edilmiş bala adekvat deyil. Ürəkdən inanırıq ki, ola bilsin müəyyən əlaqədar qrupların təşəbbüsü olan bu hadisə Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*