Home » Ümumi » İsveçrənin SECO təşkilatı Mərkəzi Bankda texniki missiyadadır

İsveçrənin SECO təşkilatı Mərkəzi Bankda texniki missiyadadır

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,Mərkəzi Bankda xarici sektorun statistikası, o cümlədən tədiyə balansının metodoloji bazasının təkmilləşdirilməsi və Beynəlxalq Valyuta Fondunun Tədiyə Balansı üzrə 6-cı nəşr yeni metodoloji rəhbərliyinə (Balance of Payments Manual 6-th Edition) uyğunlaşdırılması məqsədilə İsveçrənin SECO təşkilatı ilə texniki yardım barəsində razılaşma əldə olunmuşdur. Bu məqsədlə SECO-nun təcrübəli eksperti Dr.Anna Lennbladın sentyabr ayının 13-dən etibarən Mərkəzi Bankda növbəti missiyası başlamışdır. Missiya sentyabr ayının 30-dək davam edəcək. Bu dövr ərzində ekspert Mərkəzi Bankın Statistika departamentinin müvafiq əməkdaşlarına təlim keçəcək, tədiyə balansının yeni metodologiyaya uyğun tərtibatı, hesabların təsnifləşdirilməsi kimi məsələlərdə texniki yardım göstərəcək. Dr.Lennblad eyni zamanda ticari və qeyri-ticari əmtəələrin statistik təsnifatı üzrə vahid metodologiyanın tərtib olunmasına da töhvə verəcək. Missiya dövründə Dr.Lennblad Mərkəzi Bankda onun texniki dəstəyi ilə yaradılmış Maliyyə Proqramının mövcud vəziyyətini də monitorinq edəcək, sektorlar arası əlaqələrin gücləndirilməsi, proqnozlarşdırma və təhlil metodikasının daha da təkmilləşdirilməsi üzrə tövsiyələrini verəcəkdir. Həmçinin Maliyyə Proqramı çərçivəsində qurulan “Vəsaitlərin axını matrisi”nin və “Maliyyə Sabitliyi Göstəricilərinin Proqnozlaşdırılması” çərçivəsinin tamamlanması üzrə işlər davam etdiriləcəkdir.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*