Home » Beynəlxalq, Siyasət, Ümumi » İsrail Türkiyəyə təzminat ödəyəcək

İsrail Türkiyəyə təzminat ödəyəcək

İsrailin“Haaretz” qəzeti İsrailin “Mavi Mərmərə” gəmisinə hücumla bağlı üzr istəməyi və təzminat ödəməyi prinsipcə qəbul etdiyini yazıb.

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu və İsrail baş nazirinin xüsusi təmsilçisi Yosef Ciechanover arasında Cenevrədə keçirilən danışıqlarda nəticə əldə olunub. Qeyd edək ki, İsrailin “Mavi Mərmərə” gəmisinə hücumu və 9 türkün ölümündən sonra Ankara Təl-Əvivdən Türkiyədən rəsmən üzr istəməyi və ölənlərin ailələrinə təzminat ödəməyi tələb edirdi. 7 ay sonra Cenevrədə aparılan danışıqlarda isə İsrail Türkiyədən deyil, ölənlərin ailələrindən üzr istəməyə və təzminat ödəməyə hazır olduğu üzə çıxıb. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, Ankara BMT-nin Təhqiqat Komissiyasına İsrailin olayla bağlı hazırladığı hesabatını da təqdim etməsini istəyir.
“Haaretz” qəzeti İsrailin “Mavi Mərmərə” gəmisinə hücumla bağlı üzr istəməyi və təzminat ödəməyi prinsipcə qəbul etdiyini yazıb.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*