Home » Beynəlxalq, Siyasət, Ümumi » İsrail qondarma “erməni soyqırımı”na “Yox!” dedi

İsrail qondarma “erməni soyqırımı”na “Yox!” dedi

İsrail parlamenti (Knesset) “erməni soyqırımı”nı tanımayacaq. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, bunu İsrail xarici işlər nazirinin müavini Danni Ayalon deyib. Onun sözlərinə görə, İsrail Azərbaycanla srtateji əlaqələrini pozmaq istəmir: “Knessetin “erməni soyqırımı”nı tanımaq şansı yoxdur. Azərbaycan islam dünyasındakı strateji tərəfdaşımızdır. 100 il öncə olan hadisələr üçün bu münasibətlərimizi poza bilmərik”. Nazir müavini D. Ayalon qeyd edib ki, İsrail hökuməti populist qərarlara qarşıdır və bu kimi davranışları qəbul etmir. Qeyd edək ki, bir erməni xəbər saytı Knessetin Təhsil, Mədəniyyət və İdman Komitəsinin dekabr ayının əvvəllərində “erməni soyqırımı” məsələsini gündəmə çıxarmağı planlaşdırdığını yazmışdı. Knessetdə təmsil olunan “Likud” Partiyasının üzvləri bu məsələnin gündəmə çıxarılmasında maraqlı olsalar da, “Evimiz İsrail” Partiyasının üzvləri buna qarşı çıxıb. Onlar məsələnin gündəliyə salınmasının İsrail-Azərbaycan əməkdaşlığına ciddi zərbə vuracağını bəyan edib.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*