Home » İdman, Ümumi » İspaniya futbol komandası Avropa çempionu oldu

İspaniya futbol komandası Avropa çempionu oldu

AgahMedia.Com informasiya portalının “AzərTAc”a istinadən məlumatına görə, iyulun 1-də Polşa və Ukraynanın ev sahibliyi etdiyi çempionatın final qarşılaşması keçirilmişdir. Final oyunundan əvvəl 70 min azarkeş tutan Ukraynadakı Kiyev Olimpiya Stadionunda çempionatın bağlanış mərasimi keçirilmişdir. 1946-cı ildə istifadəyə verilmiş stadionda möhtəşəm futbol şousu nümayiş etdirilmişdir. Sonra almaniaylı müğənni Oseana Avropa çempionatının himnini səsləndirmişdir. Qeyd edək ki, Oseana bu mahnını ölkəmizdə təşkil olunacaq futbol üzrə 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının iyulun 6-da Bakıda keçiriləcək püşkatma mərasimində də ifa edəcəkdir.
Möhtəşəm bağlanış mərasimindən sonra portuqaliyalı baş hakim Pedro Kruezonun fiti ilə İspaniya və İtaliya milli komandalarının qarşılaşmasına işarə verilmişdir. Oyunun 14-cü dəqiqəsində ispaniyalı futbolçu David Silva hesabı açmışdır. Matçın 41-ci dəqiqəsində İspaniya millisinin üzvü Xordi Alba ikinci topu rəqib qapısından keçirmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunun ilk hissəsi İspaniya millisinin baş məşqçisi Visente Del Boskenin yetirmələrinin 2:0 hesablı üstünlüyü ilə başa çatmışdır.
Fasilədən sonra – oyunun 84-cü dəqiqəsində ispaniyalı futbolçu Fernando Torres, dörd dəqiqə sonra isə onun komanda yoldaşı Xuan Mata növbəti iki qolun müəllifləri olmuşlar.
Beləliklə, oyun 4:0 hesabı ilə İspaniya millisinin xeyrinə başa çatmış və komanda Avropa çempionatının qalibi olmuşdur.
Qeyd edək ki, İspaniya millisi üçqat Avropa və bir dəfə dünya çempionudur. İtaliya millisi isə 4 dəfə dünya və bir dəfə Avropa çempionatının qalibi olmuşdur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*