Home » Beynəlxalq, Siyasət, Ümumi » İranın xarici işlər naziri vəzifəsindən azad edildi

İranın xarici işlər naziri vəzifəsindən azad edildi

İran prezidenti Mahmud Əhmədinejad gözlənilmədən ölkənin xarici işlər naziri Mənuçöhr Müttəkini vəzifəsindən azad edib.

Onun bu addımı hətta ölkə daxilində anlaşılmazlıq yaradıb. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, İran Milli Məclisinin xarici əlaqələr komitəsinin başçısı Hişmətulla Fəlahətpişe prezidentin bu addımını qeyri-normal adlandırıb.O bildirib ki, prezident bu qərarının səbəbini izah etməlidir. Millət vəkili deyib ki, ölkəni xaricdə təmsil edən bir şəxsin bu cür vəzifədədən uzaqlaşdırılması yolverilməzdir.Cənab Fəlahətpişe deyib ki, lap əvvəldən də Mənuçöhr Müttəki prezident Əhmədinejadın seçimi deyildi və onun bu vəzifəyə təyin edilməsi müəyyən səbəblərlə bağlıdır. Millət vəkli bildirib ki, bununla belə xarici işlər nazirinin vəzifədən azad edilməsi müxalifətin dedi-qodularına imkan yaratmamalıdır.
Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*